manera.az
manera.az

Yazıçılar Birliyinin Qərbi Azərbaycan bölməsi yaradıldı

📅 14.06.2023 17:26

Yazıçılar Birliyinin Qərbi Azərbaycan bölməsi yaradıldı
Azərbaycan Yazıçılar Birliyinin (AYB) Qərbi Azərbaycan bölməsi yaradılıb.

MANERA.AZ xəbər veir ki, bu barədə Birliyin mətbuat xidmətinin rəhbəri Xəyal Rza məlumat verib.

Qərar iyunun 14-də, Azərbaycan Yazıçılar Birliyi katibliyinin növbəti toplantısı zamanı qəbul edilib. Gündəlikdəki məsələlərin müzakirəsi zamanı yeni bölmənin yaradılması təklifini Birliyin sədr müavini Rəşad Məcid səsləndirib. Təklif Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar tərəfindən müsbət qarşılanıb.

Ümumi müzakirədən sonra təklif səsə qoyulub və qəbul edilib. Qərara alınıb ki, yeni bölmənin sədri deputat, tanınmış şair Musa Urud (Quliyev) təyin edilsin. Sədr müavini isə tanınmış teleaparıcı, şair Bəhruz Niftəliyev təyin edilib.


Baxış sayı - 1 066 | Yüklənmə tarixi: 14.06.2023 17:26
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31