manera.az
manera.az

“İnsan dənizi” romanı yenidən nəşr olunub

📅 25.12.2025 16:32

“İnsan dənizi” romanı yenidən nəşr olunub
Yazıçı Vaqif Sultanlının “İnsan dənizi” romanı yenidən nəşr olunub.

MANERA.AZ xəbər verir ki, süjet xəttində yer alan hadisə və əhvalatların iyirminci yüzilin səksəninci illərində cərəyan etdiyi əsərdə ölüm cəzasından qaçıb ucqar bir şəhərə sığınaraq gizli həyat sürən baş qəhrəmanın taleyi fonunda imperiya ideologiyasının cəmiyyətin mənəviyyatına yoluxdurduğu sosial-əxlaqi problemlərin bədii çözümünə çalışılır.

Romanda real və şərti-meraforik üslubun sintezi müəllifə dönəmin qaranlıq, açıq söylənilməsi mümkün olmayan həqiqətlərini aşkarlamağa imkan verir. Xüsusilə, romanda çağdaş dünyada insanlığı mənəvi tənəzzülə sürükləyən özgələşmə probleminin fərqli tərzdə canlandırılması əsərin ideya-estetik çəkisini artırır.

İlk dəfə 1991-ci ildə “Gənclik” nəşriyyatında Azərbaycan oxucularına təqdim olunan “İnsan dənizi” romanı sonralar müxtəlif vaxtlarda yenidən nəşr edilib.

Həmçinin roman müxtəlif dillərə çevrilərək İngiltərə, ABŞ, Türkiyə, Almaniya, Misir, İran və başqa ölkələrdə nəşr olunub, haqqında xeyli araşdırmalar aparılıb.

Romanı Bakının kitab dükanlarından əldə etmək olar.


Baxış sayı - 312 | Yüklənmə tarixi: 25.12.2025 16:32
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031