manera.az
manera.az

“Əsir qadın” yenidən nəşr olundu

📅 26.02.2024 18:08

“Əsir qadın” yenidən nəşr olundu
Cəlilabadda yaşayıb yaradan yazıçı Meyxoş Abdullahın “Əsir qadın" romanı Xocalı soyqırımının 32-ci ildönümü ərəfəsində üçüncü dəfə təkrar nəşr olunub.

MANERA.AZ xəbər verir ki, bu barədə “Ədəbiyyat və incəsənət” portalına yazıçının özü məlumat verib.

Qeyd edək ki, "Əsir qadın” romanı 2015-ci ildə Qarabağ qazisi, mayor Aida Şirinovanın maddi və mənəvi dəstəyi ilə türkcə, 2020-ci ildə yazıçı Təranə Məmmədin tərcüməsində və tərcüməçi-ssenarist Leyla Qədirzadənin redaktorluğu ilə rus dilində nəşr olunub. Kitabın rus dilində nəşr olunmasına maddi və mənəvi dəstəyi Cəlilabad rayon DAİM-in direktoru Rahib Kərimov göstərib.

2019-cu ildə “Əsir qadın” romanı əsasında hazırlanmış tamaşa Qusar Dövlət Ləzgi Dram Teatrında üç dəfə tamaşaya qoyulub. Əsəri tamaşaya teatrın baş rejissoru Laləzər Hüseynova hazırlayıb.

Kitab, həmçinin, 2020-ci ildə yazıçı-tərcüməçi Giya Paçxataşvilinin mənəvi köməkliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə, görmə imkanları məhdud olan insanlar üçün Brayl Nəşrləri İnformasiya Resurs Mərkəzi MMS-də nəşr olunub.

Bundan əlavə, “Əsir qadın” əsəri yeddi bölümdən ibarət “Səsli roman” kimi internet səhifələrində də yerləşdirilib.

Rus dilinə tərcümə olunan “Əsir qadın” romanı Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanası tərəfindən ölkəmizin xarici dövlətlərdə yerləşən 54 səfirliyinin kitabxanalarına paylanılıb.

"Əsir qadın" romanının 3-cü dəfə nəşr olunmasına Cəlilabad rayon İcra Hakimiyyətinin Başçısı Rafiq Cəlilov maddi və mənəvi dəstək göstərib.


Baxış sayı - 563 | Yüklənmə tarixi: 26.02.2024 18:08
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031