manera.az
manera.az

Sabir Rüstəmxanlı sədr seçildi

Sabir Rüstəmxanlı sədr seçildi
Dekabrın 23-də Azərbaycan Yazıçılar Birliyinin katibliyinin iclası keçirilib.

MANERA.AZ xəbər verir ki, bu barədə APA-ya AYB-nin Mətbuat xidmətinin rəhbəri Xəyal Rza məlumat verib.

İclasda bir neçə qərar qəbul edilib.

Katibliyin qərarı ilə Güney Azərbaycan ədəbiyyatı komissiyasının yeni tərkibi formalaşdırılıb. Xalq şairi Sabir Rüstəmxanlı sözügedən komissiyanın sədri, şair Həmid Herisçi sədrin müavini, Pərvanə Məmmədli isə komissiyanın katibi təyin edilib.

Qeyd edək ki, bu qərara qədər Güney Azərbaycan ədəbiyyatı komissiyasının sədri şair Sayman Aruz idi. Sayman Aruz AYB-nin sədri, Xalq yazıçısı Anarın müşaviri vəzifəsində qalıb.

Xatırladaq ki, bir müddət əvvəl bir sıra Güney azərbaycanlı qələm adamlarının Sayman Aruzla bağlı narazılıqları və Xalq yazıçısı Anara ünvanlanan, bu narazılıqları özündə ehtiva edən müraciətləri mediada yayılmışdı.


Baxış sayı - 158 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
1234567
891011121314
15161718192021
22232425262728
293031