manera.az
manera.az

2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edildi - Sərəncam

📅 22.12.2025 14:55

2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edildi - Sərəncam
2026-cı il Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilib.

MANERA.AZ xəbər verir ki, xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Sərəncam Azərbaycanın çoxəsrlik tarixə malik şəhərsalma və memarlıq mədəniyyəti ənənələrinin yaşadılması, eləcə də ölkədə bu sahədə yeni çağırışlara cavab verən mütərəqqi yanaşmaların təşviqi və tətbiqinin genişləndirilməsi məqsədilə imzalanıb.

Sənədə əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı tədbirlər planına dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.


Baxış sayı - 415 | Yüklənmə tarixi: 22.12.2025 14:55
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123456
78910111213
14151617181920
21222324252627
282930