manera.az
manera.az

“Şuşa İli” ilə bağlı yeni müsabiqə elan edilib

“Şuşa İli” ilə bağlı yeni müsabiqə elan edilib
Mədəniyyət Nazirliyi bu ilin ölkəmizdə “Şuşa İli” elan edilməsi münasibətilə heykəltəraşlıq müsabiqəsi elan edib.

Nazirlikdən MANERA.AZ-a bildirilib ki, müsabiqənin təşkilində əsas məqsəd Azərbaycan incəsənətinin və mədəniyyətinin mərkəzi kimi qədim tarixə malik Qarabağın baş tacı, Prezident İlham Əliyev tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa şəhərinin zəngin mədəni irsinin təbliği, həmçinin bu irsi özündə təcəssüm etdirən heykəltəraşlıq abidələrinin qorunmasıdır.

Hazırda Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliğini təmin etmək məqsədilə müvafiq işlər aparılmaqdadır.

Müsabiqənin şərtlərinə görə, heykəltəraşlar Şuşa şəhərinin qədim tarixi, mədəniyyəti və dahi şəxsiyyətlərinə aid heykəltəraşlıq nümunələrini tunc, mərmər və bürünc materialdan hazırlayaraq Mədəniyyət Nazirliyinə təqdim edilməlidirlər.

Müsabiqədə birinci yerin qalibinə (1 nəfər) I dərəcəli diplom və 8000 manat, ikinci yerin sahibinə (2 nəfər) II dərəcəli diplom və 4000 manat, üçüncü yerin sahibinə isə (3 nəfər) III dərəcəli diplom və 3000 manat pul mükafatı təqdim ediləcək. Eyni zamanda 10 nəfərə 500 manat məbləğində həvəsləndirici mükafat veriləcək.

Hazırlanacaq əsərlər iyunun 15-dək təqdim edilməlidir.

Müsabiqə haqqında daha ətraflı məlumatı Mədəniyyət Nazirliyinin saytından əldə etmək olar.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1234
567891011
12131415161718
19202122232425
26272829