manera.az
manera.az

21 yeni peşə təhsili müəssəsi tikiləcək - SƏRƏNCAM

21 yeni peşə təhsili müəssəsi tikiləcək - SƏRƏNCAM
Prezident İlham Əliyev “Peşə təhsili sisteminin potensialının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

MANERA.AZ xəbər verir ki, Sərəncama əsasən, 2026-2030-cu illərdə müasir standartlara cavab verən 21 peşə təhsili müəssisəsinin tikintisi2 peşə təhsili müəssisəsinin əsaslı təmiri işlərinin aparılması təmin edilməlidir.

Nazirlər Kabineti Azərbaycanda peşə təhsili sisteminin potensialının gücləndirilməsinə dair tədbirlər planını 4 ay müddətində təsdiq edib Azərbaycan Prezidentinə məlumat verməli və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Elm və Təhsil Nazirliyi tikintisi və əsaslı təmiri nəzərdə tutulmuş peşə təhsili müəssisələrinin siyahısını təsdiq etməli və bu məqsədlə tələb olunan maliyyə vəsaitinin illər üzrə bölgüsünü hazırlayıb 1 ay müddətində Dövlət Neft Fonduna təqdim etməlidir.

Dövlət Neft Fondu bu Sərəncamda göstərilmiş tədbirlərin icrası üçün tələb olunan maliyyə vəsaitini Fondun hər il üçün tərtib edilən büdcəsində nəzərdə tutmalıdır.


Baxış sayı - 133 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
1234567
891011121314
15161718192021
22232425262728
293031