manera.az
manera.az

Tofiq Bayramın xatirəsinə həsr olunan film nümayiş edilib

📅 30.11.2025 18:29

Tofiq Bayramın xatirəsinə həsr olunan film nümayiş edilib
Nizami Kino Mərkəzində görkəmli şair, tərcüməçi, Əməkdar incəsənət xadimi Tofiq Bayramın xatirəsinə həsr olunmuş “Şair ömrü” bədii-sənədli filmi nümayiş edilib.

MANERA.AZ xəbər verir ki, tədbirdə şairin ailə üzvləri, mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər.

Ekran əsərinin ssenari müəllifi Günel Mehri qeyd edib ki, portret janrında çəkilən filmdə süni intellekt texnologiyasından istifadə edilib.

“Texnologiyanın hər yerdə dominant olduğu bir dövrdə şairlərə yer vermək xüsusi əhəmiyyət kəsb edir. Film məhz bu cəhətdən özünəməxsusluğu ilə seçilir”,- deyə G.Mehri əlavə edib.

Tofiq Bayramın bacısı Svetlana Bayramova filmi yüksək qiymətləndirərək deyib: “Film son dərəcə peşəkarlıqla hazırlanıb və Tofiq Bayramın yaradıcılığının zənginliyini, onun sənət dünyasının dərinliyini gözəl əks etdirir. Ailəmizin formalaşmasında Tofiq Bayram yaradıcılığının böyük rolu olub. Həyatımızın hər anında onu hiss etmişik və çalışmışıq ki, həmişə onun adını doğruldaq”.

Filmdə şairin şeirlərini səsləndirən bədii qiraətçi Xəzər Süleymanlı Tofiq Bayram yaradıcılığını dərin sevgi ilə izlədiyini vurğulayıb. Onun sözlərinə görə, böyük şairlərimizin əsərlərini daha geniş oxucu kütləsinə çatdırmaq əsas hədəfdir.

Daha sonra tədbir iştirakçıları “Şair ömrü” filmini izləyiblər.






Baxış sayı - 285 | Yüklənmə tarixi: 30.11.2025 18:29
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031