manera.az
manera.az

Mirzə Fətəli Axundzadənin adı Qarsda əbədiləşdirilib

📅 20.11.2025 16:15

Mirzə Fətəli Axundzadənin adı Qarsda əbədiləşdirilib
Qars şəhərində fəaliyyət göstərən Qafqaz Universitetinin Ahmet Arslan Konqres və Mədəniyyət Mərkəzinin salonlarından birisinə böyük mütəfəkkir, Azərbaycan milli dramaturgiyasının banisi, görkəmli ictimai xadim və maarifçi Mirzə Fətəli Axundzadənin adı verilib.

MANERA.AZ xəbər verir ki, diplomatların, ziyalıların, ədəbiyyatsevərlərin, gənclərin digər ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə Qafqaz Universitetinin İncəsənət fakültəsinin dekanı Mitat Durmuş, Ərdahan Universitetinin rektoru Öztürk Emiroğlu, Qafqaz Universitetinin prorektoru Engin Kılıç və ölkəmizin Qarsdakı baş konsulu Zamin Əliyev çıxış edərək M.F. Axundzadənin zəngin yaradıcılığından bəhs ediblər.

Qeyd olunub ki, ümumşərq və ümumbəşəri tarixi məna və əhəmiyyət kəsb edən M.F. Axundzadənin yaradıcılığı çoxsahəli və genişmiqyaslıdır.

Açılışını bildirən rəmzi lent kəsilib.

Sonra Qafqaz Universitetinin İncəsənət fakültəsi Səhnə bölümünün aktyorluq ixtisası tələbələrinin ifasında M.Axundzadənin "Xırs quldurbasan" komediyası nümayiş olunub.




Baxış sayı - 289 | Yüklənmə tarixi: 20.11.2025 16:15
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031