manera.az
manera.az

Gürcüstanda Mirzə Fətəli Axundzadənin əsəri səhnələşdiriləcək

📅 01.02.2025 16:55

Gürcüstanda Mirzə Fətəli Axundzadənin əsəri səhnələşdiriləcək
Gürcüstan Mədəniyyət Nazirliyi Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin "Lənkəran xanın vəziri" əsəri əsasında tamaşa hazırlayacaq.

MANERA.AZ xəbər verir ki, tamaşa Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin təşəbbüsü ilə səhnələşdiriləcək.

Muzeyin direktor müavini Leyla Əliyeva müsahibəsində deyib ki, “Lənkəran xanının vəziri” əsəri tanınmış Gürcüstan yazıçısı və tərcüməçisi Akaki Tsereteli tərəfindən 1870-ci ildə gürcü dilinə tərcümə olunub. Əsərə səhnə həyatı verilməsində əsas məqsəd Azərbaycan mədəniyyətini təbliğ etmək, eyni zamanda, Azərbaycanla Gürcüstan arasında mədəni əlaqələrə töhfə verməkdir. Tamaşa gürcü aktyorlarının iştirakı ilə hazırlanır.

L.Əliyevanın sözlərinə görə, Gürcüstan Mədəniyyət Nazirliyi Azərbaycan yazıçılarının daha bir neçə əsərini səhnələşdirmək niyyətindədir. Eyni zamanda, gürcü yazarların da Azərbaycan dilinə tərcümə olunmuş əsərlərinin səhnələşdirilməsi planlaşdırılır.


Baxış sayı - 319 | Yüklənmə tarixi: 01.02.2025 16:55
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930