manera.az
manera.az

Gələn il Azərbaycanda Türk Dünyası Mədəniyyət Forumu keçiriləcək

Gələn il Azərbaycanda Türk Dünyası Mədəniyyət Forumu keçiriləcək
TÜRKSOY-un təşkilatçılığı ilə növbəti Türk Dünyası Mədəniyyət Forumu Azərbaycanda baş tutacaq.

Bu barədə TÜRKSOY-un Baş katibi Sultan Raev APA-nın Türkiyə bürosuna açıqlamasında məlumat verib.

Forumun 2026-cı ilin aprel ayında keçirilməsi planlaşdırılır. Tədbirin təşkil olunacağı məkan kimi Şəki və Naxçıvan şəhərləri ilə bağlı müzakirələr aparılır:

“Azərbaycan TÜRKSOY-da ən lokomotiv ölkələrdən biridir. Biz Azərbaycanda bir çox layihələr həyata keçirməyi planlaşdırırıq. 2026-cı ilin aprelində keçiriləcək Türk Dünyası Mədəniyyət Forumu çərçivəsində animasiya filmlərinin nümayişi kimi maraqlı layihələr də nəzərdə tutulur”.

Sultan Raev əlavə edib ki, Forumdan əlavə Azərbaycanda müxtəlif şəhərləri əhatə edəcək mədəni tədbirlərin təşkili də planlaşdırılır.


Baxış sayı - 142 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930