manera.az
manera.az

Türkiyədə yazıçı Nəriman Əbdülrəhmanlı haqqında kitab çap olunub

📅 06.11.2025 16:46

Türkiyədə yazıçı Nəriman Əbdülrəhmanlı haqqında kitab çap olunub
Türkiyədə yazıçı Nəriman Əbdülrəhmanlı haqqında kitab çap olunub.

MANERA.AZ xəbər verir ki, “Paradiqma Akademi Yayınları” nəşriyyatında işıq üzü görmüş monoqrafiyanın müəllifi Kars Kafkas universiteti ədəbiyyat bölümünün müəllimi dr. Afina Barmanbaydır.

Monoqrafiyada yazıçının yaradıcılıq yolu, hekayə, povest və romanları, publisistikası, tərcümələri və kino yaradıcılığı ətraflı araşdırılıb.

Qeyd edək ki, dr. Afina Barmanbayın Qars-Qafqaz Universitetindəki fəaliyyəti Azərbaycan ədəbiyyatının Türkiyədə tanınmasında və Azərbaycan-Türkiyə elmi-ədəbi əlaqələrinin inkişafında önəmli rol oynayır.

O, “Əhməd Cavad və Türkiyə”, “Azərbaycan romantik ədəbiyyatında Vətən”, “Gürcüstandan Azərbaycana Ağız Sözlüyü: Borçalı, Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şemkir, Gəncə” (V.Sadıqlı ilə birgə), “Borçalı Qarapapaq gələnəyi” monoqrafiyalarının və Azərbaycan ədəbiyyatı ilə bağlı çoxsaylı məqalələrin müəllifidir.


Baxış sayı - 855 | Yüklənmə tarixi: 06.11.2025 16:46
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031