manera.az
manera.az

Cəfər Cabbarlının pyesləri Türkiyədə işıq üzü gördü

Cəfər Cabbarlının pyesləri Türkiyədə işıq üzü gördü
Azərbaycan ədəbiyyatında və teatr sahəsində xüsusi yeri olan, unudulmaz dramaturq C.Cabbarlının anadan olmasının 125-ci ildönümü münasibətilə yazıçının “Seçilmiş pyeslər” kitabı Türkiyədəki ədəbiyyatsevərlərə təqdim olunub.

MANERA.AZ xəbər verir ki, kitab Türkiyənin nüfuzlu ədəbi qurumu olan Türk Ədəbiyyatı Vəqfı Azərbaycan Yazıçılar Birliyi ilə bağladığı və illərdir davam edən ədəbi əməkdaşlıq müqaviləsi çərçivəsində işıq üzü görüb.

“Seçilmiş pyeslər” kitabına C. Cabbarlının “Aydın”, “Vəfalı Səriyyə”, “Oqtay Eloğlu” və “Ədirnənin Fəthi” əsərləri daxil edilib. Bu əsərlər həm bədii xüsusiyyətlərinə, həm də dolğun sosial-ictimai məzmununa görə müəllifin yaradıclığında mühüm yer tutur.

Kitab Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq yazıçısı Anarın “Azad bir quşdum” adlı ön sözü ilə başlayır.

Əsərləri Türkiyə türkcəsinə tərcüməçi Atabəy Barış uyğunlaşdırıb.

Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyi və Türk Ədəbiyyatı Vaqfının birgə layihəsi kimi böyük türk alimi, mütəfəkkiri Əhməd Kabaklının əsərlərindən seçmələr «Qobustan» dərgisinin əlavəsi kimi bu günlərdə işıq üzü görəcək.


Baxış sayı - 289 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930