manera.az
manera.az

15 dekabr Dünya Türk Dili Ailəsi Günü elan edilib

📅 04.11.2025 20:16

15 dekabr Dünya Türk Dili Ailəsi Günü elan edilib
15 dekabr tarixi UNESCO tərəfindən Dünya Türk Dili Ailəsi Günü elan edib.

MANERA.AZ xəbər verir ki, bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy sosail media hesabında açıqlayıb.

Nazir bildirib ki, Özbəkistanın Səmərqənd şəhərində keçirilən UNESCO-nun 43-cü Baş Konfransında qəbul edilən qərar Türkiyənin qardaş türk dövlətləri ilə birlikdə hazırladığı və 26 ölkənin birgə təqdim etdiyi ortaq təşəbbüsdür.

“Türk dillərinin tanıdılmasını artıran bu tarixi addım ortaq yaddaşımız olan türk dilinin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində beynəlxalq əməkdaşlığı daha da gücləndirəcək. Əməyi keçən hər kəsi təbrik edirəm. 15 dekabr -Dünya Türk Dili Ailəsi Günü bütün bəşəriyyətə ərməğan olsun” - deyə Ersoy qeyd edib.


Baxış sayı - 350 | Yüklənmə tarixi: 04.11.2025 20:16
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930