manera.az
manera.az

Şuşada beynəlxalq film festivalı keçiriləcək

📅 27.10.2022 10:17

Şuşada beynəlxalq film festivalı keçiriləcək
Gələn il Şuşada beynəlxalq "Dədə Qorqud Türk Dünyası Film Festivalı” təşkil olunacaq.

MANERA.AZ xəbər verir ki, bu barədə Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircan bildirib.

"Festival çərçivəsində ortaq istehsal üçün zəmin yaratmağı, müsabiqə çərçivəsində yeni filmlərin mükafatlandırılmasını və türk respublikalarının nazirlərini bir araya gətirməyi qarşımıza məqsəd qoymuşuq. Bu il türk dünyasının mədəniyyət paytaxtı Bursada təşkil etdiyimiz üçüncü festivalı gələn il Azərbaycanın Şuşa şəhərində keçirəcəyik. Bu, ortaq irsimizin birgə istehsala çevrilməsinə zəmin yaradacaq”, - deyə nazir müavini deyib.

Bursa şəhərində bu il ikinci dəfə noyabrda 1-5-də keçiləcək "Dədə Qorqud Türk Dünyası Film Festivalı"na hazırlıqlar davam edir.

Qeyd edək ki, festivalda Azərbaycandan 22, Özbəkistandan 43, Qırğızıstandan 23, Qazaxıstandan 21, Türkmənistandan 5 və muxtar respublikalardan 17 kino mütəxəssisi iştirak edəcək. Festivala həmçinin türk kino sənayesinin tanınmış prodüserləri, rejissorları, ssenaristləri və aktyorlarından ibarət 200-ə yaxın qonaq dəvət edilib.


Baxış sayı - 508 | Yüklənmə tarixi: 27.10.2022 10:17
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031