manera.az
manera.az

Türk dünyasının gənc yazarlarının I Bakı forumu keçiriləcək

Türk dünyasının gənc yazarlarının I Bakı forumu keçiriləcək
Oktyabrın 5-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) təşkilatçılığı ilə Türk dünyasının gənc yazarlarının I Bakı forumu keçiriləcək.

MANERA.AZ xəbər verir ki, tədbirdə Azərbaycan, Türkiyə, Özbəkistan, QazaxıstanQırğız Respublikasından olan nümayəndələr iştirak edəcəklər.

Dünya Gənc Türk Yazarlar Birliyinin sədri İntiqam Yaşar bildirib ki, layihənin məqsədi Türk dünyasının tarixi ənənəsi olan ortaq ədəbi-mədəni əlaqələrin bu günü və gələcəyinə yeni nəsil yazarların verəcəyi töhfələrin müzakirəsi, ortaq ideyalar və birgə fəaliyyətlərin artırılmasıdır.

Onun sözlərinə gərə, həmçinin oktyabrın 4-də Türk Mədəniyyəti və İrsi Fondu və Sosial Tədqiqatlar Mərkəzinin də tərəfdaşı olduğu layihə çərçivəsində “Türk dünyası şeir günü - Dünya Gənc Türk Yazarlar Birliyinin 25 illik yubiley törəni” adlı tədbir reallaşacaq. İştirakçılara Türk dünyasının müxtəlif yerlərində yaşayan yazarların yaradıcılıq nümunələrindən ibarət nəşr olunan kitab təqdim olunacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31