manera.az
manera.az

“Tağıyev: Neft” filmi Oskara rəsmi namizəd oldu

📅 18.10.2025 16:06

“Tağıyev: Neft” filmi Oskara rəsmi namizəd oldu
“Tağıyev: Neft” filmi Kino Sənəti və Elmləri Akademiyasının “Oskar” mükafatının “Ən yaxşı beynəlxalq bədii film” kateqoriyası üzrə ölkəmizdən rəsmi namizəd elan edilib.

MANERA.AZ xəbər verir ki, bu barədə filmin rejissoru Zaur Qasımlı bildirib.

Rejissorun sözlərinə görə, film Azərbaycan Film Akademiyası tərəfindən ilin ən yaxşı bədii filmi seçilib və “Oskar” mükafatına namizəd kimi təqdim olunub.

“Hazırda 90 film arasında yer almışıq. Dekabr ayında bu filmlərdən 16-ı seçiləcək, yanvar ayında isə 5 film müəyyənləşdiriləcək. Sonda həmin 5 filmin yaradıcı heyəti Los-Ancelesə dəvət olunacaq və bu filmlər laureat hesab ediləcək”, – Zaur Qasımlı bildirib.

Xatırladaq ki, film Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və ARKA-nın dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən istehsal olunub. “Tağıyev: Neft” güclü yaradıcı komandanın birgə əməkdaşlığının nəticəsidir.

Filmin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru Zaur Qasımlı, ssenari müəllifləri isə İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlıdır. (apa.az)


Baxış sayı - 206 | Yüklənmə tarixi: 18.10.2025 16:06
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031