Xalq yazıçısı Anara Türkiyədə “Onur Medalı” təqdim edilib

Azərbaycanın Xalq yazıçısı Anar Türkiyədə Avrasiya Yazarlar Birliyinin yüksək mükafatına layiq görülüb. Yazıçıya “Onur Medalı”  verilib.  Medal Xalq yazıçısına təşkilatın başqanı Ufuq Tuzman tərəfindən təqdim edilib.
Görüşdə çıxış edən Ufuq Tuzman, Anarın ədəbiyyat sahəsindəki çoxillik fəaliyyətindən, Azərbaycan ədəbiyyatı ilə yanaşı bütün Türk dünyasına verdiyi töhfələrdən bəhs edib. O bildirib ki, bütün bu xidmətlərə görə təşkilat adından Anara bu mükafat təqdim olunur. U. Tuzman həmçinin vurğulayıb ki, Anar yalnız Azərbaycan ədəbiyyatının deyil, ümumtürk ədəbi düşüncəsinin də önəmli simalarından biridir.
Mükafata görə təşəkkürünü bildirən Xalq yazıçısı Anar Avrasiya Yazarlar Birliyinə və onun rəhbərliyinə minnətdarlığını ifadə edib. O, həmçinin birliyin sabiq başqanı, mərhum Yaqub Öməroğlunun adını ehtiramla xatırlayaraq, onun vəfatından dərin kədərləndiyini deyib: “Yaqub Öməroğlu Türk dünyasının ədəbi körpülərini qurmaqda böyük xidmətlər göstərib. Onu hər zaman sevgi və hörmətlə yad edəcəyik.”
Görüş sonda xatirə fotosu ilə yekunlaşıb.
Dr. Şəhla Aslan,
Ankara
 Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
   Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.