manera.az
manera.az

Qardaş ölkələr ortaq mədəni layihələrə imza atır - Ankara

Qardaş ölkələr ortaq mədəni layihələrə imza atır - Ankara

Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi ilə Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Türk Dili Qurumu əməkdaşlığı genişləndiriləcək, dilimiz və ədəbiyyatımızla bağlı ortaq layihələr həyata keçiriləcək.

Əməkdaşlığın genişləndirilməsi məqsədi ilə Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi ilə Türk Dil Qurumu arasında Yol Xəritəsi razılaşdırılıb.

Tərəflər Türk dünyası ilə bağlı milli və beynəlxalq araşdırmalarda dil, ədəbiyyat və mədəniyyətin inkişafına töhfə verəcək layihələr həyata keçirəcək. Bununla yanaşı, Azərbaycan türkcəsi və ədəbiyyatı ilə bağlı araşdırmalar aparmaq, Türkiyə türkcəsinə tərcümə və təbliğ etmək, Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Türkiyədə yaradılan Azərbaycan türkcəsi dil kurslarına akademik dəstək vermək, ortaq dəyərlərimizə dair elmi konfranslar, simpoziumlar, nəşrlər, görüşlər, kitab təqdimatları, poeziya gecələri təşkil etmək, bu istiqamətlərdə ortaq araştırmalar dəstəklənəcək.

Türk Dil Qurumunun rəhbəri, professor Osman Mert və Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov əsas məqsədin dil və ədəbiyyat sahəsində ortaq layihələr həyata keçirərək, əməkdaşlığı daha da genişləndirmək olduğunu bildiriblər.

Məhəmməd,
Manera.az



Baxış sayı - 242 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI