“Bayquş gəldi…” – yeni tamaşa
Akademik Milli Dram Teatrında Xalq yazıçısı Maqsud İbrahimbəyovun “Bayquş gəldi, yaxud bir az məhəbbətdən danışaq” əsəri əsasında hazırlanan yeni tamaşanın məşqlərinə başlanılıb.
MANERA.AZ xəbər verir ki, yeni tamaşanın premyerasının noyabr ayında baş tutacaq.
Tamaşanın quruluşçu rejissoru və səhnələşdirmə müəllifi, Əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Sahib Əhmədovdur. Tamaşanın geyim üzrə rəssamı Günay Hidayətova, işıq üzrə rəssamı Rəfael Vaqifoğlu, musiqi tərtibatçısı Ənvər Sadıqov, rəqslərin quruluşçusu Lalə Hacıyeva, rejissor assistenti isə Ceyran Başarandır.
Tamaşada Xalq artistləri Nurəddin Mehdixanlı (Cavanşir), Əli Nur (Şamil), Mehriban Zəki (Zəhra), Sabir Məmmədov (Əkrəm), Əməkdar artistlər Mətanət Atakişiyeva (Suğra), Ayşad Məmmədov (Kamil), aktyorlar Rüstəm Rüstəmov (Zöhrab), Elnur Qədirov (Vasif), Nigar Güləhmədova (Nailə), Rada Nəsibova (Nazilə), Cümşüd Zeynalov (İşıqçı), Məhsəti Tahirzadə (Qız), Elçin Nurəliyev (Aktyor), Əliulla Vəliyev (Operator) iştirak edirlər.
Qeyd edək ki, Akademik Milli Dram Teatrının yeni tamaşası Prezidentin Sərəncamından irəli gələn məsələlərin Mədəniyyət Nazirliyi tərəfindən tədbirlər planının təmin olunması istiqamətində atılan addımdır.