manera.az
manera.az

Əlabbasın "Payız havası" kitabı işıq üzü gördü

📅 25.09.2025 13:39

Əlabbasın "Payız havası" kitabı işıq üzü gördü
Tanınmış nasir Əlabbasın (Bağırov) "Payız havası" kitabı işıq üzü görüb.

Bu haqda yazıçı MANERA.AZ -a özü məlumat verib.

Topluya müəllifin son illərdə qələmə aldığı bədii və publisistik əsərləri, müsahibə, anım, rəy və məktubları daxil edilib.

Kitabda müəllifin özünü və qələm dostları olan qəhrəmanlarını bir başqa yöndən tanıdan sərgüzəştlər də yer alıb.

"Payız havası" 130 nüsxə ilə "Alatoran" nəşriyyatında çap olunub.

Qeyd edək ki, Əlabbas Bağırov 1980-ci illərdən etibarən ədəbi mühitdə tanınmağa başlayıb. Yazıçı onlarla hekayənin, "Köhnə kişi" povesti, "Qiyamçı" və "Qaraqovaq çölləri" kimi məşhur romanların müəllifidir. "Mən Qarateli sevirdim" və "Dağların duman çağı" isə onun publisistik yazılarının toplandığı kitablardır.

Əsərləri ingilis, türk, qazax, özbək, qırğız, rus, gürcü və fars dillərinə tərcümə olunub.



Baxış sayı - 1 057 | Yüklənmə tarixi: 25.09.2025 13:39
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930