manera.az
manera.az

Əlabbasın kitabı çap olundu - Foto

📅 08.12.2022 08:09

Əlabbasın kitabı çap olundu - Foto
Yazıçı Əlabbas Bağırovun yeni kitabı çap olunub.

MANERA.AZ xəbər verir ki, bu barədə müəllif özü məlumat verib.

"Köçəri quşların nəğməsi" adlı kitabda yazıçının müxtəlif illərdə qələmə aldığı beş povest yer alıb.

Qeyd edək ki, Əlabbas Bağırov 1980-ci illərdən etibarən ədəbi mühitdə tanınmağa başlayıb. Yazıçı onlarla hekayənin, "Qiyamçı" və "Qaraqovaq çölləri" kimi məşhur romanların müəllifidir. "Mən Qarateli sevirdim" və "Dağların duman çağı" isə onun publisistik yazılarının toplandığı kitablardır.

Əsərləri ingilis, türk, qazax, özbək, qırğız, rus, gürcü və fars dillərinə tərcümə olunub.

"Köçəri quşların nəğməsi" yazıçının on beşinci kitabıdır.

Toplu Ankarada, "Bengü" yayın evində çap olunub.

Tanınmış ədəbiyyatşünas Məti Osmanoğlunun ön sözü ilə işıq üzü görən kitab yaxın günlərdə ictimaiyyətə təqdim ediləcək. /525.az/

Əlabbasın kitabı çap olundu - Foto


Baxış sayı - 589 | Yüklənmə tarixi: 08.12.2022 08:09
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031