manera.az
manera.az

Üzeyir Hacıbəylinin 140 illiyinə dəyərli töhfə

📅 16.09.2025 20:23

Üzeyir Hacıbəylinin 140 illiyinə dəyərli töhfə
Tanınmış şair, “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustacın Üzeyir bəy Hacıbəylinin 140 illiyi münasibətilə “Üzeyir Hacıbəyov -140” adlı yeni kitabı işıq üzü görüb.

MANERA.AZ xəbər verir ki, kitab nəfis tərtibatla dahi bəstəkarın yubiley tədbirləri çərçivəsində nəşr olunaraq geniş oxucu kütləsinə təqdim edilib.

“Yazarlar” jurnalının həyata keçirdiyi “Üzeyir Hacıbəyov -140” layihəsinin uğurlu nəticəsi kimi ərsəyə gələn kitabın məsləhətçisi tanınmış şair Dayandur Sevgin, redaktoru Hacıxanım Aida, naşiri isə Tuncay Şəhrilidir.

Birincisi “Giriş”, sonuncusu “Yekun” olmaqla 10 fəsildən ibarət olan kitabda Zaur Ustacın böyük ədib Üzeyir bəy Hacıbəylinin məqalələri, miniatürləri, səhnəcikləri, satirik hekayələri, komediyaları, felyetonları, resenziyaları, açıq məktubları haqqında yazdığı şərh və təbliğat xarakterli monoqrafik məqalələri toplanmışdır. Xatirə-monoqrafiya şəklində tərtib olunmuş kitabda toplanmış məqalələr dahi Üzeyir bəyin yaradıcılıq prinsiplərini, estetik görüşlərini, bədii dillə ifadə etdiyi aksioloji dəyərlər sistemini təbliğ və təhlil etmək nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb edir.

Kitab ölkənin əsas kitabxanalarının kitab fondlarına hədiyyə olunmaqla yanaşı, müxtəlif sabit internet platformalar üzərindən elektron kitab formatında da pulsuz olaraq yayımlanır.


Baxış sayı - 327 | Yüklənmə tarixi: 16.09.2025 20:23
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031