manera.az
manera.az

Üzeyir Hacıbəylinin kitabı Fransada nəşr olunub

📅 15.12.2020 09:35

Üzeyir Hacıbəylinin kitabı Fransada nəşr olunub
Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin kitabı Fransada işıq üzü görüb.

Manera.az xəbər verir ki, Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının tərcüməsindən ibarət olan kitab Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə reallaşıb.

Kitab bəstəkarın qardaşı Ceyhun Hacıbəyli tərəfindən tərcümə olunub. O, qardaşının əsərinin Fransada tanınması üçün bu operettanı fransız dilinə tərcümə edib. Bu ölkədə yaşayan müsəlmanlara təqdim etmək niyyətində olub.

Kitab Azərbaycan səfirliyinin dəstəyi ilə kitab Şuşanın azad edildiyi gün nəşriyyata təqdim edilib.

Qeyd edək ki, Üzeyir Hacıbəylinin qardaşı Ceyhun Hacıbəyli tərəfindən tərcümə və adaptasiya edilmiş “Arşın mal alan” kitabı 1876-cı ildən fəaliyyət göstərən “Hermann” nəşriyyatı tərəfindən çap edilib. Səfir Rəhman Mustafayev və Paskal Hacıbəyli-Buşe kitaba “Ön söz” yazıblar. Müqəddimədə Üzeyir Hacıbəyli və “Arşın mal alan” operettası haqqında ətraflı məlumat verilib.

Üzeyir Hacıbəylinin kitabı Fransada nəşr olunub


Baxış sayı - 499 | Yüklənmə tarixi: 15.12.2020 09:35
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031