manera.az
manera.az

İğdırda Azərbaycan-Türkiyə Gənclər Teatrı yaradılıb - Foto

📅 15.08.2025 10:09

İğdırda Azərbaycan-Türkiyə Gənclər Teatrı yaradılıb - Foto

Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi iki ölkə arasında mədəni əlaqələrin genişləndirilməsi, milli mədəniyyətimizin təbliği, Türkiyədə “Bir millət – iki dövlət” şüarının müəllifi, Azərbaycan xalqının Ümummilli Lideri, Türk dünyasının dahi şəxsiyyəti Heydər Əliyevin Azərbaycanın dövlətçiliyi, Azərbaycan-Türkiyə əlaqələrinin qardaşlıq səviyyəsinə yüksəldilməsi, Türk dünyası arasında həmrəyliyə nail olunmasında müstəsna rolunun geniş təbliğini həyat keçirilməsi məqsədi ilə layihələr reallaşdırır.

Mərkəzin belə layihələrindən birini həyata keçirib. Belə ki, Türkiyənin Azərbaycan əsilli insanların da çox yaşadığı İğdır şəhərində ictimai əsaslarla “Bir millət iki dövlət” Azərbaycan-Türkiyə Gənclər Teatrının yaradılıb. Iğdır Valiliyinin də dəstək göstərdiyi layihə çərçivəsində teatrın məşqləri və tamaşaları üçün Iğdır 100-ci il Kitabxanası, Şəhər Mədəniyyət Sarayında müvafiq yer ayrılıb.
“Bir millət – iki dövlət” Azərbaycan-Türkiyə Gənclər Teatrına rəhbərlik rejissor, bu istiqamətdə mühüm təcrübəyə malik, Naxçıvan Dövlət Universiteti İncəsənət fakultəsinin Teatr və mədəniyyətşünaslıq üzrə baş müəllimi, Azərbaycanın Əməkdar artisti, rejissor Tofiq Seyidov tərəfindən həyata keçirilir.

Artıq teatr üçün gənc aktyorların seçimləri aparılmış, məşqlərin keçrilməsi və tamaşaların hazırlanması prosesinə başlanmışdır.
Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə yaradılan “Bir millət – iki dövlət” Azərbaycan-Türkiyə Gənclər Teatrı öz repertuarında Azərbaycan-Türkiyə qardaşlığı, ortaq dəyərlərimiz, tariximiz, habelə Azərbaycan və Türkiyəli müəlliflərin bu istiqamətdə əsərlərinə geniş yer verəcəkdir.

Gələcəkdə Teatr milli mədəniyyətimizi təbliğ edərək Türkiyənin həm Iğdır, həm də digər bölgələrində mədəni proqramlarda iştirakı nəzərdə tutulur.


Baxış sayı - 134 | Yüklənmə tarixi: 15.08.2025 10:09
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031