manera.az
manera.az

“Bulvarda kino axşamı” layihəsinin icrasına başlanılıb

📅 20.07.2025 11:04

“Bulvarda kino axşamı” layihəsinin icrasına başlanılıb
Mədəniyyət Nazirliyinin, ARKA-nın dəstəyi, C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə “Bulvarda kino axşamı” adlı yeni layihənin icrasına başlanılıb.

MANERA.AZ xəbər verir ki, layihə çərçivəsində iyulun 19-da keçirilən ilk təqdimatda C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Görüş” filmi nümayiş olunub.

Məqsədi gənc nəslin vətənpərvərlik və milli ruhda maarifləndirilməsi, Azərbaycan kinosunu yalnız Bakı sakinlərinə deyil, şəhərimizdə qonaq olan turistlərə də tanıtmaq olan yeni layihənin ilk təqdimatında yüzlərlə izləyici iştirak edib.

Layihə çərçivəsində “Azərbaycanfilm”in geyim və rekvizitləri, çəkiliş və texniki avadanlıqları da sərgilənib.

Sərgini ziyarət edənlər sevdikləri film qəhrəmanlarının onlara tanış olan qiyafələrini və aksessuarlarını, eləcə də çəkiliş vaxtı istifadə edilən avadanlıqları maraqla izləyiblər.

Qeyd edək ki, “Bulvarda kino axşamı”nın növbəti təqdimatı Azərbaycan kinosunuun 127 illiyinə həsr ediləcək.

Bu münasibətlə avqustun 1-də və 2-də bulvarda daha iki film nümayiş olunacaq.




Baxış sayı - 238 | Yüklənmə tarixi: 20.07.2025 11:04
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031