manera.az
manera.az

Azərbaycan və İsraildən birgə film: "Sevgimizin yolları"

📅 09.07.2025 13:32

Azərbaycan və İsraildən birgə film: "Sevgimizin yolları"
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının” (Azİz) təşkilatçılığı ilə Azərbaycan-İsraili kinematoqrafçılarının birgə istehsalı olan “Sevgimizin yolları” filminin təqdimatı keçirilib.

MANERA.AZ xəbər verir ki, tədbirdə tanınmış ictimai xadimlər, sənət adamları iştirak ediblər.

“Sholumi”(İsrail) studiyasının məhsulu olan ekran əsərində Azərbaycanəsilli aşkenazi yəhudisi ilə müsəlman azərbaycanlının əbədi məhəbbət hekayəsindən bəhs edilir, həmçinin İsrail və Azərbaycan xalqlarının dostluğu tərənnüm olunur.

Filmin qəhrəmanları Mixail və Yeganə Salmanlar hazırda İsraildə yaşayır və hər ikisi Azərbaycan-İsrail xalqları arasında münasibətlərin daha da möhkəmlənməsinə əhəmiyyətli töhfələr verən diaspor fəallarıdırlar.

Filmin ssenari müəllifi və rejissoru Rüfət Əsədov (Azərbaycan), prodüseri Shaul Siman-Tovdur (İsrail), operatorları Royal Quluzadə, Vüsal Nazimoğlu və Sərxan Mədətlidir (Azərbaycan).


Baxış sayı - 277 | Yüklənmə tarixi: 09.07.2025 13:32
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031