manera.az
manera.az

“Maya” filminin təqdimatı keçiriləcək

📅 17.02.2023 11:06

“Maya” filminin təqdimatı keçiriləcək
23-24 fevral tarixində Nizami Kino Mərkəzində “Maya” filminin təqdimatı keçiriləcək.

MANERA.AZ xəbər verir ki, bu barədə filmin ssenari müəllifi və rejissoru, Azərbaycan Yazıçılar Brliyinin İdarə Heyətinin və Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü Xəyal Rza məlumat verib.

Tədqimat mərasiminə tanınmış qələm adamları, kino sənətinin nümayəndələri dəvət olunublar.

Filmin operatoru Rafiq Əliyev, operator assistenti Kənan Fərzəliyev, montaj rejissoru Aydan Əhmədova, prodüseri Tahir Tahiroviç, bədii rəhbəri isə görkəmli kinorejissor, Xalq artisti Oktay Mir Qasımdır.

Qeyd edək ki, çəkilişləri Ağdam, Bərdə və Sabirabadda baş tutan filmdə əzablı, iztirablı qadın taleyindən bəhs edilir.


Baxış sayı - 331 | Yüklənmə tarixi: 17.02.2023 11:06
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031