manera.az
manera.az

Biləsuvarda kino günlərinə start verilir

📅 18.06.2025 14:40

Biləsuvarda kino günlərinə start verilir
Azərbaycan Kinematoqrafçılar İttifaqı bölgələrdə film nümayişlərini davam etdirir.

MANERA.AZ xəbər verir ki, budəfəki “Kino Günləri” layihəsinin təyinat nöqtəsi Biləsuvar rayonudur.

19-21 iyun tarixlərində keçiriləcək layihə Biləsuvar rayon Heydər Əliyev Mərkəzini, Mərkəzi Kitabxanasını, Təzəkənd kənd Sənətkarlıq Klubunu və Nərimankənd kənd Folklor Klubunu əhatə edəcək.

Nümayiş proqramına Qulu Əsgərovun “Mən burdayam, ilahi!”, Mirsadıq Ağazadənin “Eviniz abad”, Aydın Arslanın “Aktyor” tammetrajlı bədii filmləri, Elmar Bayramovun “Nəfəs”, Ruslan Ağazadənin “Balaca” Qulu Əsgərovun “Hasar”, Emin Əfəndiyevin “Tənha insanın monoloqu” qısametrajlı bədii filmləri, Pərviz Həsənovun “Uşaqlıq fotosu” və Leylaxanım Qənbərlinin “Böyük qırmızı ev” qısametrajlı sənədli filmləri daxildir.

Qeyd edək ki, nümayişlərə giriş sərbəstdir.


Baxış sayı - 248 | Yüklənmə tarixi: 18.06.2025 14:40
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930