manera.az
manera.az

Gənc rejissorların filmləri nümayiş olunacaq

📅 18.10.2024 10:52

Gənc rejissorların filmləri nümayiş olunacaq
Azərbaycan Kinematoqrafçılar İttifaqı Nizami Kino Mərkəzində film nümayişlərinə başlayır.

MANERA.AZ xəbər verir ki, layihə üzrə ilk filmin nümayişi oktyabrın 22-də olacaq.

Nümayişlər zamanı gənc rejissorlar Azər Quliyevin “İkinci planetin qırmızı rəngi”, Daniel Quliyevin “Uzaq”, Teymur Qəmbərovun “İki gün”, Novruz Hikmətin “Burada hələlik sakitlikdir” qısametrajlı bədii filmləri göstəriləcək.

Filmlərin təqdimatından sonra kinotənqidçi Sevda Sultanovanın moderatorluğu ilə yaradıcı heyətlə tamaşaçılar arasında müzakirələr aparılacaq.

Seanslara giriş sərbəstdir.


Baxış sayı - 411 | Yüklənmə tarixi: 18.10.2024 10:52
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123456
78910111213
14151617181920
21222324252627
282930