Prof. Dr. Necdet Ünüvarn yeni kitabının imza günü keçirilib | Fotolar + VIDEO
Manera.az xəbər verir ki, ənənəvi Ankara Kitab Yarmarkasının 9-cu günündə Ankara Universitetinin rektoru Prof. Dr. Necdet Ünüvarın yeni kitabının imza günü keçirilib.
İmza günü "ATO Congresium"da "Kadim" nəşriyyatının standında baş tutub.
VİDEO burada
Prof. Dr. Necdet Ünüvar "Herdem Erdem, Kendime Sözler" adlı yeni kitabını oxucular üçün imzalayıb.
Kitab kitabsevərlər tərəfindən böyük maraqla qarşılanıb. İmza günündə insan izdihamı müşahidə edilib.
Qeyd edək ki, kitabda müəllif təcrübələrini, qısa fikirlərini 400 cümlədə ifadə edib.
Manera.az Prof. Dr. Necdet Ünüvarın imza günündən görüntüləri oxucularımıza təqdim edir:
Şəhla Aslan,Ankara