Azərbaycan Merzifon kitab sərgisində təmsil olunur - Foto

Türkiyənin Qara dəniz bölgəsində Amasiyanın ən böyük mədəniyyət tədbiri olan 8-ci Merzifon Kitab Sərgisinin açılışı baş tutub.
Manera.az xəbər verir ki, sərgidə Azərbaycanın Türkiyədəki səfirliyi nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi ölkəmizi təmsil edir.
Açılış mərasimi Merzifon şəhər meydanında keçirilən tədbirdə çıxış edənlər sərginin bölgənin ən önəmli mədəni hadisəsi olduğunu, on minlərlə oxucunu yazar və kitablarla bir araya gətirdiyini vurğulayıblar. Kitaba marağın artırılması, xüsusilə gənc nəslin mütaliəyə həvəsləndirilməsi məsələlərinə diqqət çəkilib. Yüzlərlə nəşriyyat və müəllifin iştirak etdiyi sərgi yalnız kitab sərgisi deyil, həm də mədəniyyət və fikir mübadiləsi üçün önəmli bir platforma kimi dəyərləndirilib.
Qeyd edək ki, Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil edilən Azərbaycan stendində dövlətçiliyimiz, Ümummilli Lider Heydər Əliyevin irsi, müasir Azərbaycanın uğurları, tarixi və mədəni irsimizə dair nəşrlər nümayiş olunur.
Sərgi çərçivəsində Azərbaycan Mədəniyyət Mərkəzinin Türkiyə türkcəsində nəşr etdiyi klassik ədəbiyyat nümunələri – Nizami Gəncəvinin “Xəmsə”sindən “İskəndərnamə” və “Sirlər xəzinəsi”, Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc” əsəri və uşaq yazıçısı Solmaz Amanovanın “İlmənin macəraları” kitablarının təqdimatları dolacaq. Eyni zamanda imza günləri, panellər, seminarlar da təşkil olunacaq.
Məhəmməd,
Manera. az