manera.az
manera.az

Türkiyədə “Azərbaycan Kino Günləri” başlayır

📅 11.05.2025 20:29

Türkiyədə “Azərbaycan Kino Günləri” başlayır
Türkiyənin İstanbul şəhərində Azərbaycan Kino Günləri keçiriləcək.

MANERA.AZ xəbər verir ki, kino günləri Azərbaycan və Türkiyə Mədəniyyət nazirliklərinin birgə layihəsi olaraq gerçəkləşdiriləcək.

“Azərbaycan Kino Günləri” respublikamızın Türkiyədəki səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək.

Proqram çərçivəsində Azərbaycan və Türkiyədən olan kino mütəxəssisləri tərəfindən ortaq film istehsalı da müzakirə ediləcək.

Qeyd edək ki, tədbirin açılış mərasimi mayın 12-də saat 18:00-da İstanbulun “Atlas Sinema” kinoteatrında baş tutacaq.

Filmlərin nümayişi mayın 14-ə qədər davam edəcək.


Baxış sayı - 227 | Yüklənmə tarixi: 11.05.2025 20:29
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031