manera.az
manera.az

Türkiyədə “Azərbaycan kino günləri” təşkil olunacaq

📅 24.04.2025 16:09

Türkiyədə “Azərbaycan kino günləri” təşkil olunacaq
Aprelin 28-dən 30-dək İstanbulda “Azərbaycan kino günləri” keçiriləcək. Kino günləri Azərbaycan ilə Türkiyə arasında mədəniyyət sahəsində bağlanmış əməkdaşlığa dair sazişə əsasən təşkil olunacaq.

Mədəniyyət Nazirliyindən MANERA.AZ-a bildirilib ki, tədbir Azərbaycanın Mədəniyyət Nazirliyi, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi və Türkiyədəki səfirliyimizin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin birgə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Kino günləri zamanı son illərdə Mədəniyyət Nazirliyinin sifarişi ilə istehsal olunmuş Azərbaycan filmlərinin nümayişi baş tutacaq. Tədbir çərçivəsində Azərbaycan və Türkiyə film istehsalçıları və mütəxəssisləri arasında görüşlər keçiriləcək, birgə film istehsalı imkanları müzakirə olunacaq.

Qeyd edək ki, tədbirin açılış mərasimi və filmlərin nümayişi İstanbul şəhərində yerləşən “Atlas Cinema”da və Türkiyənin iki nüfuzlu universitetində həyata keçiriləcək.

Türkiyədə keçiriləcək “Azərbaycan kino günləri”ndə Azərbaycan nümayəndə heyəti iştirak edəcək.


Baxış sayı - 301 | Yüklənmə tarixi: 24.04.2025 16:09
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930