manera.az
manera.az

Yeni ədəbi müsabiqə: “Vaqifə məktub” - Şərtlər

📅 03.05.2025 15:53

Yeni ədəbi müsabiqə: “Vaqifə məktub” - Şərtlər
Mədəniyyət Nazirliyi “Vaqifə məktub” esse müsabiqəsini elan edir.

Nazirlikdən MANERA.AZ-a bildirilib ki, “Vaqif Poeziya Günləri” çərçivəsində keçirilən müsabiqənin təşkilində əsas məqsəd yaradıcı potensialı olan hər bir kəsi müsabiqəyə cəlb etməklə mövzu baxımından yeni əsərlərin yazılmasına stimul verməkdir.

Hər müəllif müsabiqəyə yalnız bir əsər təqdim edə bilər.

Əsərlər orijinal və daha əvvəl heç yerdə çap olunmamalı və yayımlanmamalıdır.

Əsərlər Azərbaycan dillində yazılmalıdır.

Həmçinin əsərin üz qabığında (ilk səhifədə) müəllif özü haqqında məlumatı, əlaqə vasitəsini (telefon nömrəsi və e-mail) qeyd etməlidir.

Əsərlər bir şəxs tərəfindən yazılmalıdır.

Müştərək iş qəbul olunmur.

Müsabiqə şərtlərinə cavab verməyən əsərlər komissiya tərəfindən qəbul edilməyəcək.


Müsabiqənin mövzusu Şuşanın ədəbi irsi və Zəfər tariximizdə Şuşanın əhəmiyyətidir.

Essenin həcmi 1000 sözdən çox olmamalıdır.


Komissiya tərəfindən müəyyən edilmiş qiymətləndirmə meyarlarına uyğun olaraq 3 nəfər qalib seçiləcək.

“Vaqif Poeziya Günləri” çərçivəsində baş tutacaq mükafatlandırma mərasimi zamanı qaliblər diplom və pul mükafatı ilə təltif olunacaqlar.

Birinci yer - 2500 manat,
ikinci yer - 1500 manat,
üçüncü yer - 1000 manat


Müsabiqəyə esselərin qəbulu 2025-ci il mayın 31-də sona çatacaq.

İştirakçılar tərəfindən əsərlər edebi.musabiqe@culture.az elektron poçt ünvanına göndərilməlidir.


Baxış sayı - 496 | Yüklənmə tarixi: 03.05.2025 15:53
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031