manera.az
manera.az

Ölkəmiz beynəlxalq musiqi festivalında təmsil olunacaq

📅 23.10.2020 09:53

Ölkəmiz beynəlxalq musiqi festivalında təmsil olunacaq
Bu ayın sonunda ölkəmizin də iştirak edəcəyi beynəlxalq musiqi festivalı keçiriləcək. Koronavirus pandemiyası səbəbindən festival onlayn şəkildə reallaşacaq.

Manera.az xəbər verir ki, bu barədə Əməkdar artist, xanəndə Qoçaq Əsgərov məlumat verib.

Onun sözlərinə görə, xanəndə özü Ukraynanın təşkil etdiyi bu festivalın münsiflər heyətində təmsil olunacaq. “Münsiflər heyətinin rəhbəri “Eurovision-2004”ün qalibi Ruslanadır. Artıq bizim iştirakçılar Almaxanım Əhmədova və Kamran Məmmədovun lentə alınan ifaları festivala təqdim olunub. Azərbaycanlı iştirakçıların adı festivalda “Qarabağın təmsilçiləri” olaraq qeyd olunub. Təşkilatçılarla söhbət zamanı onlar məni qabaqladılar və bildirdilər ki, “bu yarışmada Ermənistan adlı ölkə iştirak etməyəcək”, - deyə Qoçaq Əsgərov bildirib.

Qeyd edək ki, festivalda seçilən ifaçılar gələn il Monteneqroda keçiriləcək festivala dəvət alacaqlar.

Məlumat üçün bildirək ki, sözügedən festivala Azərbaycanla yanaşı, Türkiyə, Özbəkistan, Gürcüstan, Belarus, Rumıniya, Moldova, Albaniya, Latviya və digər ölkələr təmsil olunacaq.


Baxış sayı - 537 | Yüklənmə tarixi: 23.10.2020 09:53
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031