manera.az
manera.az

Magistratura imtahanının 2-ci cəhdinə qeydiyyat başladı

📅 01.04.2025 21:30

Magistratura imtahanının 2-ci cəhdinə qeydiyyat başladı
Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat elan olunub.

Dövlət İmtahan Mərkəzindən (DİM) MANERA.AZ-a verilən məlumata görə, qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün bakalavrların ərizə qəbulun aprelın 14-də saat 23:59-dək internet vasitəsilə aparılır.

Bildirilib ki, 2025-ci ilin fevral ayında keçirilmiş qəbul imtahanında iştirak etmək üçün sənəd verən bakalavrlar imtahanın ikinci cəhdində iştirak etmək istədikləri təqdirdə “Şəxsi kabinet”lərinin hesabına imtahanda iştirak haqqını əlavə edib Mərkəzin internet saytının müvafiq səhifəsinə (//eservices.dim.gov.az/erizemag/erize) daxil olmaqla qeydiyyatdan keçirlər.

İlk imtahanda iştirak etmək üçün qeydiyyatdan keçməyən bakalavrlar da eyni qayda ilə bu imtahana yazıla bilərlər. Həmin şəxslər Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra (şəxsi kabineti olmayanlar) ərizə vermək üçün tələb olunan məbləği “Şəxsi kabinet”lərinin hesabına əlavə edirlər. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış olmaq mümkündür. Bu bakalavrlar da //eservices.dim.gov.az/erizemag/erize səhifəsinə daxil olub “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər).

Magistraturaya qəbul imtahanının ikinci cəhdi 2025-ci il mayın 11‑də keçiriləcək.


Baxış sayı - 430 | Yüklənmə tarixi: 01.04.2025 21:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930