manera.az
manera.az

Rezidenturaya qəbul üçün 2-ci cəhdin qeydiyyatı başlayıb

📅 16.07.2021 12:01

Rezidenturaya qəbul üçün 2-ci cəhdin qeydiyyatı başlayıb
Əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul imtahanının 1-ci mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat başlayıb.

Dövlət İmtahan Mərkəzindən Manera.az-a verilən məlumata görə, namizədlərin qeydiyyatı bu gündən başlayaraq iyulun 22-dək internet vasitəsi ilə aparılır.

İyun ayında keçirilmiş qəbul imtahanında iştirak etmək üçün sənəd verən namizədlər təkrar imtahanda (2-ci cəhddə) iştirak etmək istədikləri təqdirdə “Şəxsi kabinet”lərinin hesabına imtahanda iştirak haqqını (60 AZN) əlavə edib Mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizerez/erize/?frm=egov) daxil olmaqla qeydiyyatdan keçə bilərlər.

Məlumat üçün qeyd edək ki, baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının 2-ci cəhdi avqustun 4-də, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının isə sentyabr ayında keçirilməsi planlaşdırılır.


Baxış sayı - 567 | Yüklənmə tarixi: 16.07.2021 12:01
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031