manera.az
manera.az

Sumqayıt Dövlət Universitetinə o rəhbərlik edəcək

Sumqayıt Dövlət Universitetinə o rəhbərlik edəcək
Sumqayıt Dövlət Universitetinə (SDU) yeni rektor əvəzi təyin edilib.

MANERA.AZ xəbər verir ki, sözügedən vəzifə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Əminağa Sadıqova həvalə edilib.

O, universitet rektorunun səlahiyyətlərini icra edəcək.

Qeyd edək ki, Əminağa Sadıqov 1980-1985-ci illərdə Dnepropetrovsk Dövlət Universitetinin (indiki Dnepr Milli Universitetinin) Tətbiqi-riyaziyyat fakültəsində təhsil alıb. 1992-ci ildə həmin universitetdə fizika-riyaziyyat elmləri namizədi (riyaziyyat üzrə fəlsəfə doktoru) alimlik dərəcəsini alıb. 2013-cü ildə texnika elmləri doktoru alimlik dərəcəsi, 2010-cu ildə dosent, 2016-cı ildə professor elmi adını alıb. 2017-ci ildə "Kompüter elmləri" ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib.

O, 2021-2023-cü illərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun icraçı direktoru vəzifəsində çalışıb. 2024-cü ildən etibarən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini vəzifəsində işləyir.

Xatırladaq ki, SDU-nun keçmiş rektoru Rüfət Əzizov bir müddət əvvəl ADNSU-ya rektor təyin edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31