manera.az
manera.az

Aqrar Universitetə yeni rektor təyin edilib

📅 02.09.2023 17:12

Aqrar Universitetə yeni rektor təyin edilib
Zəfər Qəzənfər oğlu Qurbanov Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru təyin edilib.

MANERA.AZ xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Xatırladaq ki, Zəfər Qurbanov buna qədər Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsini icra edirdi.

Zəfər Qurbanov 1979-cu ildə anadan olub. 2016-cı ildə Bakı Ali Neft Məktəbinin Mühəndislik fakültəsinin dekanı təyin olunub. Daha əvvəl isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində işləyib.

Rektor səlahiyyətlərini icra etməzdən əvvəl Zəfər Qurbanov Azərbaycan Dövlət Aqrar Universitetinin ümumi işlər üzrə prorektoru olub.

Texnika elmləri üzrə fəlsəfə doktoru, dosentdir.


Baxış sayı - 756 | Yüklənmə tarixi: 02.09.2023 17:12
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031