manera.az
manera.az

“Ləzginka” rəqs ansamblının 60 illiyi qeyd olunacaq

📅 13.02.2020 09:44

“Ləzginka” rəqs ansamblının 60 illiyi qeyd olunacaq
Aprelin 21-də Heydər Əliyev Sarayında “Ləzginka” Dağıstan Dövlət Akademik Əməkdar Rəqs Ansamblının 60 illiyinə həsr olunmuş konsert proqramı təqdim ediləcək.

Manera.az xəbər verir ki, yubiley konsert proqramında “Ləzginka” rəqs ansamblı ən unudulmaz rəqslərini təqdim edəcək.

Ansamblın Baş direktoru, Rusiyanın Əməkdar incəsənət xadimi, Azərbaycanın Əməkdar incəsənət xadimi Cambulat Maqomedov, bədii rəhbəri, Rusiyanın Əməkdar artisti Zəlimxan Xangereyevdir.

Ansambl dünyanın 70 ölkəsində çıxış edib və peşəkar kollektivlər arasında folklor rəqs üzrə 48 dünyaca məşhur festivalın qalibi olub.

Əfsanəvi ansamblın bənzərsiz və heyranedici çıxışları Almaniya, Belçika, Fransa, Böyük Britaniya, İspaniya, İtaliya, Amerika Birləşmiş Ştatları, Çin, Əfqanıstan, Fələstin, İordaniya, Meksika, Cənubi Koreya, Vyetnam, Yaponiya, Avstraliya və Yeni Zelandiyada tamaşaçıların alqışları ilə qarşılanıb.


Baxış sayı - 703 | Yüklənmə tarixi: 13.02.2020 09:44
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031