manera.az
manera.az

Mikayıl Azaflının 100 illik yubileyi keçirildi - Fotolar

Mikayıl Azaflının 100 illik yubileyi keçirildi - Fotolar
Yanvarın 15-də R.Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan aşıq-ozan sənətinin görkəmli nümayəndəsi Mikayıl Azaflının anadan olmasının 100 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib.

MANERA.AZ xəbər verir ki, Azərbaycan Aşıqlar Birliyi və “Tovuz Xeyriyyə Cəmiyyəti”nin birgə təşkilatçılığı ilə keçirilən gecədə Milli Məclisin deputatları, ziyalılar, ozan-aşıq sənətinin inkişafında xüsusi əməyi olan sənətkarlar, Azaflı Mikayıl ocağının nümayəndələri və saz-söz sevənlər iştirak edib.

Azərbaycan Aşıqlar Birliyinin sədri, professor, Əməkdar elm xadimi Məhərrəm Qasımlı gecəni açıq elan edərək ustad sənətkarın həyat və yaradıcılığından, Mikayıl Azaflının folklorumuzun və aşıq sənətinin inkişafındakı müstəsna rolundan danışaraq, sözü Azaflı Mikayıl yaradıcılığının tədqiqi və təbliğində böyük əməyi olan, professor Qəzənfər Paşayevə verib. Q.Paşayev Azaflı Mikayılın son illərdə dərc edilmiş kitablarından danışıb və bu kitabların ərsəyə gəlməsində böyük rolu olan insanlara, xüsulilə də, “Tovuz Xeyriyyə Cəmiyyəti”nin sədr müavini Namazəli Məmmədova minnətdarlığını bildirib.

Ədəbi-bədii gecənin musiqili qonaqlarının – Xalq artisti, Aşıq Əhmədəli ocağının yetirməsi Nazpəri Dostəliyevanın, müğənni Eldar Ələkbərovun, Mikayıl Azaflı ocağından, Azərbaycanın müxtəlif bölgələrindən və Cənubi Azərbaycandan gəlmiş aşıqların ifası tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb.

Sonda Ustad sənətkarın qızı Gülarə Azaflı Mikayıl Azaflı sənətinə dəyər verən Azərbaycan Aşıqlar Birliyinə və “Tovuz Xeyriyyə Cəmiyyəti”nə, R.Behbudov adına Dövlət Mahnı Teatrının rəhbərliyinə və tədbir iştirakçılarına minnətdarlığını bildirib.

Tədbir Milli Məclisin deputatı Aydın Hüseynovun və “Tovuz Xeyriyyə Cəmiyyəti”nin sədr müavini Çingiz Abbasovun təşkilat tərəfindən ustad sənətkara həsr olunmuş “Mikayıl Azaflı – 100” medalının, “Mikayıl Azaflı-100” döş nişanının, aşığın şeirlərindən ibarət kitabların laureatlara təqdimatı ilə başa çatıb.

İradə Aytel
kultur.az

Baxış sayı - 361 | Yüklənmə tarixi:

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930