manera.az
manera.az

Aşıq Ələsgərin kitabı Türkiyədə nəşr olunacaq

📅 26.07.2021 08:30

Aşıq Ələsgərin kitabı Türkiyədə nəşr olunacaq
Azərbaycan aşıq sənətinin görkəmli simalarından olan Aşıq Ələsgərin seçmə şeirlərindən ibarət kitab Türkiyədə nəşr olunacaq.

Bu barədə Manera.az-a məlumat verən Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, ustad sənətkarın anadan olmasının 200 illik yubileyi münasibətilə TÜRKSOY tərəfindən nəşrə hazırlanan kitabda yer alacaq şeirləri Türkiyə türkcəsinə şair Kənan Çarboğa uyğunlaşdırıb. Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı isə kitaba Aşıq Ələsgər yaradıcılığına ayna tutan geniş ön söz yazıb.

Xatırladaq ki, Aşıq Ələsgərin zəngin poetik irsi XX əsrin otuzuncu illərindən başlayaraq Bakıda dönə-dönə nəşr olunmuş, ustadın otuza yaxın kitabı çap edilmişdir. TÜRKSOY xətti ilə işıq üzü görən seçmə Ələsgər şeirləri də onun poeziyasının Türk dünyasında, o cümlədən də Türkiyədə geniş tanıdılmasında mühüm rol oynayacaq.


Baxış sayı - 581 | Yüklənmə tarixi: 26.07.2021 08:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031