manera.az
manera.az

Tbilisidə Aşıq Ələsgərin yubileyi qeyd olunub

Tbilisidə Aşıq Ələsgərin yubileyi qeyd olunub
Tbilisi şəhərindəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin anadan olmasının 200 illiyinə həsr olunan tədbir keçirilib.

Manera.az xəbər verir ki, muzeyin əməkdaşı Leyla Əliyeva ölməz sənətkar Aşıq Ələsgərin həyat və yaradıcılığından söz açıb, Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd olunması haqqında Azərbaycan Prezidentinin Sərəncamı barədə məlumat verib.

Sonra professor Mahmud Kamaloğlu çıxış edərək Aşıq Ələsgərin aşıq məktəbinin zənginləşdirilməsi və inkişafındakı böyük xidmətlərindən danışıb. Böyük söz ustadının Borçalı mahalına səfərlərindən danışıb və bu səfərlərin əhəmiyyətini xüsusi qeyd edib.
Tbilisidə Aşıq Ələsgərin yubileyi qeyd olunub
Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Ramel Lətifov çıxışında deyib ki, Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırıb, xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş edib.

Yunus Əmrə İnstitutunun Tbilisi üzrə koordinatoru Ali Oğuzhan Yüksel bildirib ki, aşıq sənəti türk mədəniyyətinin ortaq dəyəridir. Bu cür tədbirlər ortaq mədəniyyətimizin inkişafında mühüm əhəmiyyət kəsb edir.

O, qədim saz-söz ənənələrinin Gürcüstanda bu gün də yaşadılmasından böyük fərəh duyduğunu vurğulayıb.

Mərasimdə qüdrətli söz ustadının həyat və yaradıcılığından bəhs olunub, onun əsərlərindən parçalar ifa edilib.
Tbilisidə Aşıq Ələsgərin yubileyi qeyd olunub
Aşıq Nargilə Mehtiyevanın rəhbərlik etdiyi “Meydan” qrupu və yerli aşıqlar Şahbaz Göycəoğlu, Samir Qaraxanov, Əfqan Şamilov Aşıq Ələsgərin şeirlərini səsləndiriblər. Gürcüstanı 2018-ci ildə “Eurovision” mahnı müsabiqəsində təmsil etmiş Mixail Cavaxişvili və “İaloni” qadın ansamblının birgə ifasında təqdim olunan “Balaca oğlan itirmişəm” məşhur gürcü folklor nəğməsinə Aşıq Ələsgərin “Çərşənbə günündə çeşmə başında” şeirindən parça daxil edilib. Sintez olunmuş kompozisiya mərasim iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Yubiley axşamında azərbaycanlı ziyalılar, məktəblilər və gənclər iştirak ediblər.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031