manera.az
manera.az

Kosmosa uçuş - Bəylər Əliyevin hekayəsi

📅 16.12.2024 11:49

Kosmosa uçuş - Bəylər Əliyevin hekayəsi
MANERA.AZ Bəylər Əliyevin "Kosmosa uçuş" fantastik hekayəsini təqdim edir.

Kosmik gəmimiz plana uyğun hərəkət edir­di. Biz bikef halda enmə aparatında öz yerimizi tutduq. Bikefliyimizə səbəb enmə aparatı idi, cünki o Yer planetindən qalan yeganə nişanə idi. Biz planetimizin qədrini bilməyi - illərlə kosmosda uçduğumuz müddətdə öyrəndik...

Biz bu planetə göndəriləndə bilirdik ki, daha yerə qayıtmayacağıq, çünki illərlə buraya uçmu­şuq, bir müddət burada çalışmalıyıq. Geri dönməyə ömrümüz qalmayacaq... Bir də ki, bu proqramda qayıtmaq heç nəzərdə tutulmayıb... Gələcək həya­tı­mız qaranlıqdır. Yaşasaq da qocalıb elə burada it-bat olacağıq...

Enmə aparatı yerə çırpıldı. Biz kameralar va­sitəsi ilə ətrafı müşahidə edəndə, enmə apara­tı­nın qarşısında robotları gördük. Onlar bizim enmə yeri təyin edərək, gözləyirdilər...

Robotlar əlləri ilə bizə istiqamət verərək şara bənzər bir əşyaya mindirdilər. Biz oturan kimi qapılar bağlandı və televizor işləməyə başladı. Televizorda Yer kürəsini göstərirdilər. Əvvəlcə Yer kürəsinin kosmosdan olan görüntülər, dalınca qitələr, böyük şəhərlər nümayiş etdirildi. Həmin şəhərlərin on illər ərzində inkişafı təqdim edilirdi. Tikilmiş su elektrik stansiyaları, ildən-ilə genişlə­nən səhralar, yanğından zərər çəkmiş ərazilər və s. haqqında məlumat verilirdi. Sonra müharibələri göstərdilər. O görüntülər birinci və ikinci dünya mü­haribələrini əhatə edən əraziləri, dağılıb viran qalmış şəhərləri və s. göstərdilər.

Bütün bu təsvirlərin nümayişi diktorun şərhi ilə davam edirdi. Əlbəttə biz onların dillərini bil­mə­diyimiz üçün bu şərhi anlamırdıq...

Birdən nümayiş dayandırıldı və qapılar açıldı. Səyriyən oxlar bizə yol göstərərək istiqa­mətləndirirdi. Biz geniş bir otağa daxil olduq. Otaq tamamilə boş idi. Bizi kamera vasitəsi ilə izləyir­dilər və bizə elə gəlirdi ki, onlar bizdən dəhşətli yoluxucu mikrobdan qorxan kimi qorxurdular...

Birdən mikrafonlar açıldı və bizə öz dili­miz­də dedilər: "Salam! Biz bilirik ki, siz Yer plane­tin­dən gəlmisiniz və sizi bu planeti öyrənməyə gön­dəriblər, çünki bizim planet Yer kürəsinə bənzəyir. Siz bizi indi öyrənmək istədiyinizə baxmayaraq, biz neçə əsrlərdi sizin planeti öyrənirik. Plane­ti­ni­zin müxtəlif ərazilərində tez-tez gördüyünüz, sizin dildə desək "uçan boşqablar" bizim kosmik gə­mi­lərdi. Siz onların sirlərini bilmirsiniz, çünki bizim texnologiyamız sizinkindən çox əsrlər irəlidir. Siz indi əldə etdikləriniz bilikləri biz neçə-neçə əsr əvvəllər əldə etmişik. Sizi miqratora mindirib bura­ya gətirəndə əbəs yerə sizə öz planetinizi göstər­mir­dik. Biz göstərmək istəyirdik ki, sizin planet çox gözəldir. Əvvəlcə sizin gözəl şəhərlərinizi, inkişafınızı göstərməklə öz sevincimizi bildirmək istəyirdik. Müharibə təsvirləri ilə sizin necə vəhşi və yırtıcı olmağınızı təsəvvürümüzə gətirdik. İn­san­ların min bir əziyyətlə tikdiyini və qurduğunu də­fələrlə belə amansızcasına məhv etmək olar­mı?... Siz necə də zülmkar və düşüncəsizsiniz!..

Sizin düşüncəsizliyinizin bariz nümunəsinin biri də ekologiyanıza yanaşmağınızdır. Siz öz gö­zəl planetinizi düşüncəsiz layihələrinizlə məhv edir­siniz. Sizin planetin səhraları böyüyür. Bu hə­min ərazilərin məhvi deməkdir, canlı orqanizmin ya­rası deməkdir. Siz buna yol verməməlisiniz. Hə­lə nüvə fəaliyyətinizi buraya daxil etmirik. Siz nü­və və digər təhlükəli enerji ilə davranmağı bacar­mır­sınız. Buna görə də tez-tez fəlakətlər baş verir... Siz hələ adi təbii fəlakətlərlə mübarizə aparmağı bacarmırsınız. Adi ekologiyaya ağır zərbə vuran meşə yanğını ilə mübarizə aparmağı bacarmırsınız. Hansı ərazidə meşə yanğını olanda - yalnız o əra­zinin insanları alovla mübarizə aparır. Unutmayın ki, planetinizdə olan fəlakətlərin əziyyətini bir müd­­dətdən sonra hamınız çəkəcəksiniz. Plane­ti­nizdə elə bir beynəlxalq qurum yoxdur ki, bütün dövlətləri birləşdirib, ümumi bir təyyarə ordusu yaratsın və dünyanın hansı bir guşəsində yanğın olarsa, onu təcili söndürsün. Sizdə təcili yardım anlayışı yoxdur?... Siz necə də bədbəxtsiniz...

Siz elə bir inkişaf dövründəsiniz ki, bunların hamısı sizdə olmalıdır. Yəqin sizdə, əsrlərlə əvvəl bizdə olduğu kimi beynəlxalq qurumlar kiminsə maraqlarına xidmət edir, kimlərisə mühakimə edir, kimlərisə müdafiə. Siz onu bilin ki, bu lazımsız fəa­liyyətdir. Onların fəaliyyəti dünyəvi problem­lərin həllinə yönəldilməlidir.

Sizə elə gəlir ki, siz öz planetinizi kifayət qə­dər öyrənmisiniz və bütün dünyada olan enerji­lərə sahibsiniz? Xeyr! Siz hələ əlifba dövrün­də­si­niz. Dünyada mövcud olan işıq sürəti var. Ola bil­sin ki, o sürət sizə bəllidir. Kainatın surəti odur! Si­zin saniyədə 5-10 kilometr sürətilə uçan kosmik gəmiləriniz o sürətin qarşısında "əlifba"dır...

Biz indi işıq sürətinin sirlərinə yiyələnmişik. Siz illərlə uçub getdiyiniz məsafəni biz bir necə saata qət edirik.

Sizin gəmilərə və özünüzə bizim planetdə yer yoxdur. Siz öz planetinizin qədrini nə bilirsiniz ki, bizim planetə nə fayda verəsiniz. Sizin kimi­lərinə heç kainatda da yer yoxdur. Siz yırtıcısınız! Canlı orqanizmdə yoluxucu mikrobsunuz! Allah Yer planetini siz yırtıcıların əlindən qorusun, çünki Yer planetinin faciəsi - kainatın faciəsinə çevrilə bilər!

İndi, qayıdın sizi bura gətirən miqratora. O sizi bizim "Uçan boşqab"a aparacaq. Siz bir neçə saatdan sonra öz planetinizdə olacaqsınız. Burada eşitdiklərinizi planetinizin hər bir sakininə çat­dırmağı unutmayın ki, belə yırtıcılıqla siz planeti­nizi məhvə doğru aparırsınız. Siz əqidənizi dəyiş­mə­lisiniz. Bir xalq o biri xalqın nailiyyətini dağıt­maq yox, birləşdirib irəli getmək lazımdır. Onda siz də bizim kimi yüksək texnologiyalara sahib ola­caqsınız və yəni-yəni inkişaf mərhələlərinə ça­tacaqsınız.

Mikrafon söndü, ox işarələri yenidən səy­riyib bizə yol göstərdi. Biz miqratora əyləşdik. Qısa bir zamanda miqratorun qapısı açıldı və biz "uçan boş­qab"a daxil olduq. "Uçan boşqab"da bizdən baş­qa heç kim yox idi. Biz kreslolarda əyləşib ət­raf­dakı aparatlara nəzər yetirirdik və heç nə an­lamırdıq...

Yenə televizor açıldı və orada biz gəl­diyi­miz planetin nailiyyətləri haqqında veriliş nümayiş etdirildi. Biz onların nailiyyətlərini gördükcə, hey­ran qalırdıq və başa düşürdük ki, onlara çatmaq üçün bizə əsrlər lazımdır...

"Uçan boşqab" Yerə tərəf uçurdu. Biz çox sevinirdik ki, vətənə qayıdırıq. Bizim xoşbəxt­li­yi­miz buradadır. Ayrı yerdə biz xoşbəxt ola bil­mə­rik...Yad planetdə bizə tutulan iradları xatırlayırıq, düşünürük ki, nə qədər onlar haqlıdırlar. Nə üçün biz elə yırtıcıyıq ?..


Baxış sayı - 295 | Yüklənmə tarixi: 16.12.2024 11:49
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031