manera.az
manera.az

Xalq Artisti çəkildiyi filmlər nümayiş olunacaq - GİRİŞ SƏRBƏSTDİR

📅 23.11.2016 11:30

Xalq Artisti  çəkildiyi filmlər nümayiş olunacaq - GİRİŞ SƏRBƏSTDİR
Nizami Kino Mərkəzində Xalq Artisti Nəsibə Zeynalovanın anadan olmasının 100 illiyi ilə əlaqədar görkəmli gülüş ustasının çəkildiyi filmlərin nümayişi keçiriləcək.

Mərkəzin mətbuat xidmətindən MANERA.AZ-a bildirilib ki, milyonlarla insanın ürəyini fəth etmiş aktrisa Nəsibə Zeynalova filmlərdə yaratdığı obrazlarla bir daha tamaşaçılarını sevindirəcək.

Noyabrın 23-də “Bəyin oğurlanması”, 24-də “Bizim Cəbiş müəllim”, 25-də “Qanun naminə”, 26-da isə “Qaynana” filmləri şəhər sakinlərinə və qonaqlarına təqdim olunacaq.

Filmlərə giriş sərbəstdir. Seansların saatı barədə Kino Mərkəzdən (Tel: (012) 493 28 18) məlumat almaq olar.


Baxış sayı - 1 138 | Yüklənmə tarixi: 23.11.2016 11:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031