Türkiyədə Qənirə Paşayevanın xatirəsinə həsr edilmiş kitab çap olundu
Ankarada ictimai- siyasi xadim Qənirə Paşayevanın xatirəsinə həsr olunmuş kitab işıq üzü görüb.
MANERA.AZ xəbər verir ki, araşdırmaçı-jurnalist Şəhla Aslanın təşəbbüsü ilə hazırlanan bu kitab Q. Paşayevanın həyat və fəaliyyətinə dair fikirləri əks etdirən məqalələr toplusundan ibarətdir.
Kitabda Türkiyənin elm və təhsil adamlarının, siyasətçilərin, jurnalistlərin və digər tanınmış şəxslərin yazıları yer alıb.
Məqalələrdə Qənirə Paşayevanın ictimai-siyasi fəaliyyətinə, Türk dünyasının birliyinə və inkişafına verdiyi töhfələrə dair düşüncələr geniş şəkildə işıqlandırılır. Müəlliflər onun şəxsiyyəti və gördüyü işlər haqqında dərin fikirlərini bölüşərək, Q.Paşayevanın böyük ictimai xadim kimi fəaliyyətini vurğulayıblar.
Şəhla Aslan bildirib ki, bu kitab Qənirə Paşayevanın düşüncələrini və ona olan fikirləri gələcək nəsillərə çatdırmaq üçün əhəmiyyətli bir mənbədir: “Bu kitabda Türkiyənin tanınmış şəxslərinin yazıları vasitəsilə Q. Paşayevaya olan düşüncələri əks etdirir, onun həyat yoluna, fəaliyyətinə işıq tutulur. Kitab Türkiyənin müxtəlif kitabxanalarına və mədəniyyət mərkəzlərinə təqdim ediləcək”.