manera.az
manera.az

Ankarada Qənirə Paşayevanın xatirəsi yad edilib

📅 07.10.2023 18:26

Ankarada Qənirə Paşayevanın xatirəsi yad edilib

Ankarada fəaliyyət göstərən “Azaflı Sosyal Yardım Ve Kültür Derneği”ndə Azərbaycan Respublikası III, IV, V və VI çağırış Milli Məclisinin deputatı, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın xatirəsi ilə bağlı tədbir keçirilib. Tədbirdə Qənirə Paşayevanın vəfatı ilə bağlı 1 dəqiqəlik sükut elan olunub, mərhumun ruhuna dualar oxunulub və ehsan verilib.

Manera.az xəbər verir ki, Türkiyənin millət vəkillərinin, elm adamlarının, jurnalistlərin ictimaiyyət nümayəndələrinin qatıldığı tədbirdə “Azaflı Sosyal Yardım Ve Kültür Derneği”nin başkanı Arzuman Azaflı millət vəkilinin həyat və fəalliyəti ilə bağlı danışaraq, Qənirə Paşayevanın türk dünyasının böyük dostu, önəmli ziyalılarından biri olduunu qeyd edib. Natiq bildirib ki, Qənirə Paşayeva milli ruhlu böyük yurdsevər, Türk dünyasının fədakar şəxsiyyəti, istedadlı natiq, cəsarətli, iradəli təfəkkür sahibi, məsləkinə, əqidəsinə sadiq siyasət adamı, alovlu vətənpərvər kimi heç vaxt unudulmayacaq.

Tədbirdə Qənirə Paşayevanın Qarabağ həqiqətlərini dünyaya çatdırılması,torpaqlarımızın azad olunması uğrunda döyüşlərdə zabit və əsgərlərimizin yanında olması, vətənpərvər çıxışları ilə onları mübarizəyə ruhlandırması istiqamətində faəliiyəti haqqında xatirələr söylənilib.

Q. Paşayevanın Türkiyə-Azərbaycan qardaşlığının, əməkdaşlığının bugünkü zirvəyə yüksəlməsindəki sanballı rolu xüsusi olaraq vurğulanıb.

Manera.az,
ANKARA

Ankarada Qənirə Paşayevanın xatirəsi yad edilib
Ankarada Qənirə Paşayevanın xatirəsi yad edilib
Ankarada Qənirə Paşayevanın xatirəsi yad edilib
Ankarada Qənirə Paşayevanın xatirəsi yad edilib

Ankarada Qənirə Paşayevanın xatirəsi yad edilib


Baxış sayı - 728 | Yüklənmə tarixi: 07.10.2023 18:26
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930