Mövludun yeni kitabı çap olundu

Mərhum yazıçı Mövlud Mövludun publisist yazılarından ibarət "Mövlud belə deyirdi..." kitabı "Fayton" nəşriyyatında çap olunub.
MANERA.AZ xəbər verir ki, bu barədə nəşriyyatın feysbuk səhifəsində məlumat yayılıb.
Məlumatda deyilir:
"Yazıçını dərin hörmətlə anaraq 35 illik yubileyinə ithafla publisist yazılarından ibarət kitabını hazırladıq: "Mövlud belə deyirdi..."
Qeyd edək ki, kitabın ideya müəllifi Dilqəm Əhməd, tərtibatçı və redaktoru Yaralı Bəxtiyar(Bəxtiyar Hidayət), dizayneri isə Nuray Rəşaddır.
Qeyd: Kitab satışda olmayacaq. Təqdimatı Qazax rayonunda olacaq. Daha ətraflı məlumat veriləcək.