manera.az
manera.az

Səməd Vurğunun “Nizami” şeiri

📅 02.03.2021 13:50

Səməd Vurğunun “Nizami” şeiri
MANERA.AZ "Nizami İli" çərçivəsində Xalq şairi Səməd Vurğunun “Nizami” şeirini təqdim edir.

Yoğruldu bütün varlığın ümmidlə hünərdən,
Şimşək kimi keçdikcə qaranlıq gecələrdən,
Hər kəlməni, hər şeirini bir top kimi atdın,
Sevda yuxusundan bizi vaxtında oyatdın.

Xoş gəldin əzizim, gəlişindən ana yurdu
Dünya evinə bir yeni söz məclisi qurdu...
Keçdikcə nəsillər o sənin söz çəmənindən,
Ellər, obalar dərs alacaqdır hələ səndən.

Ölməz bu gözəl aləmə idrakla gələnlər,
Məna evinin sirrini vicdanla bilənlər.
Sənsən əbədiyyət dediyim sevgili dildar,
Daşlarda, çiçəklərdə, ürəklərdə adın var.

Aydanmı günəşdənmi yarandın, de, nədən sən?
Xalqın gözü də, qəlbi də, vicdanı da sənsən.

1939, 24 avqust

Səməd Vurğun Nizami haqqında şeirini söyləyir - VİDEO

Səməd Vurğunun “Nizami” şeiri


Baxış sayı - 2 894 | Yüklənmə tarixi: 02.03.2021 13:50
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031